“Ərdoğan atmacanı sevmir, kiməsə sözü varsa, birbaşa özünə deyir” - MHP-yə cavab

22 Oktyabr 2018 18:08 (UTC+04:00)

AzNews.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə AK Partiyanın sözçüsü Ömər Çelik açıqlama verib.

O, Dövlət Baxçalının əfvlə bağlı açıqlamasına aid danışıb.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın istehzaları sevmədiyini və sözü varsa, onu birbaşa MHP-nin adını çəkərək deyəcəyini bildirib.

O, Baxçalının əfvlə bağlı ifadələrinin siyasi mədəniyyətə uyğun gəlmədiyini də vurğulayıb.

“Prezidentimizə edilməsi gərəkən hörmət AK Partiyanın “sərhəd xəttidir”, - deyə Çelik vurğulayıb.

Nurlan AĞA
AzNews.az