Bu otelin işçiləri adam deyil - Foto

22 Oktyabr 2018 18:17 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, yeni fəaliyyətə başlamış oteldəki işçilər insan deyil, robotlardır.

Qeydiyyat, müştərilərin suallarının cavablandırılması və s. işlər robot işçilər tərəfindən həyata keçirilir.

Bu robotlar ingilis, yapon, Koreya və çin dillərini bilirlər.

Qeydiyyatçı robotlar müştərilərin “çox şirinsən” kimi təriflərinə də təşəkkür edərək cavab verirlər.

Otelin insan işçilər əvəzinə robotlardan istifadə etməsinin səbəbi isə müştərilərin qalması üçün daha az qiymət təklif etməkdir.

Nurlan AĞA
AzNews.az