Trampdan fövqəladə vəziyyət açıqlaması - Orduya tapşırıq verdi

22 Oktyabr 2018 18:24 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Meksika sərhədi vasitəsilə minlərcə miqrantın ölkəyə girməyə çalışmasını fövqəladə vəziyyət kimi qiymətləndirib.

O, bu barədə "twitter" mikrobloqunda paylaşım edib.

Tramp Hondurasdan gələn minlərlə miqrantla bağlı orduya tapşırıq verdiyini bildirib.

D.Tramp “Bu, milli fövqəladə vəziyyətdir” deyərək, ordunu və sərhəd xidmətini ayağa qaldırdığını qeyd edib.

Nurlan AĞA
AzNews.az