Soyğunçuluq etdi, yenidən həbsə düşdü

22 Oktyabr 2018 19:00 (UTC+04:00)

DİN-dən verilən məlumata görə, oktyabrın 21-də Astara rayonunun Qamışovka kəndi ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Mirzəyev həmyerlisi Rafiq Ağayevə zor tətbiq edərək pulunu alıb.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən B.Mirzəyev Astara RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

AzNews.az