Krımın adı dəyişə bilər

22 Oktyabr 2018 19:08 (UTC+04:00)

Ukrayna Ali Radasının deputatı Refat Çubarov Krım yarımadasının yenidən adlandırılması məsələsinin müzakirəsinə başlanıldığını bildirib.

Ukrayna konstitusiyasına dəyişiklik layihəsi əsasında Krım Avtonom Respublikasının “statusu” haqqında layihə üzərində xüsusi işçi qrup çalışacaq. Millət vəkilinin sözlərinə görə layihəyə əsasən, Krım “Krım avtonomiyası” adlandırılacaq.

Digər variantlar da istisna edilməyib. Belə ki, “Krım-tatar avtonomiyası” da səsləndirilən versiyalar sırasındadır.(qafqazinfo.az)

AzNews.az