“Uilla” qasırğası beşinci kateqoriyaya yaxınlaşır

22 Oktyabr 2018 19:28 (UTC+04:00)

Sakit okeanda formalaşan “Uilla” tropik qasırğası ən güclü sayılan beşinci kateqoriyaya yaxınlaşır.

Meteoroloqların məlumatına əsasən, hazırda qasırğa Meksikanın qərbindəki Kabo-Korrientes bələdiyyəsindən 255 kilometr cənub-qərbdə yerləşir və saatda 11 kilometr sürətlə şimala doğru hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürəti saatda 250 kilometrə çatır.

“Uilla” Meksikanın qərb, mərkəzi və cənub-qərb hissələrinə həyat üçün təhlükəli olan leysan yağışları və küləklər gətirir.(AZƏRTAC)

AzNews.az