"Səudiyyə Ərəbistanı önəmli bir müttəfiqdir" -ABŞ

22 Oktyabr 2018 20:18 (UTC+04:00)

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, Kuşner bildirib: "Qaşıqçı məsələsində hələ gerçəkləri tapmaq mərhələsindyik. Tramp və Pompeo gerçəklər ortaya çıxdıqdan sonra nə etməli olduğumuza qərar verəcək. Səudiyyə Ərəbistanı önəmli bir müttəfiqdir".

Daha sonra Kuşner ABŞ-ın bütün diqqətinin bu məsələ üzərində olduğunu və Trampın ABŞ-ın mənafeyini düşündüyünü açıqlayıb. O, eyni zamanda Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Qaşıqçı olayında şəffaf olması və durumla ciddi bir şəkildə maraqlanmasının vacibliyini vurğulayıb.

Malik LİFTİYEV
AzNews.az