Putin Kadırovun sözünü yerə salmadı – Neft şirkəti ərmağanı

22 Oktyabr 2018 20:21 (UTC+04:00)

Xəbər verildiyi kimi, 2015-ci ildə Çeçenistan lideri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putindən "Çeçenneftximprom" şirkətinin payının 100 faiz Çeçenistana verilməsi xahişini etmişdi.

2018-ci ilin sentyabrda Putin həmin qurumun Çeçenistana verilməsi haqda fərmana imza atmışdı.

Bu gün isə baş nazir Dmitri Medvedev həmin şirkətin Dövlət Əmlakının İdarə Edilməsi Federal Agentliyinin tabeliyindən çıxarılaraq Çeçenistanın əmlakına daxil edilməsi haqda göstəriş verib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu prosesin noyabrın 15-də tamamlanacağı deyilir.

Babək Göyüş

© AzNews.az