Səudiyyə Ərəbistanına silah satılmayacaq - Merkel son nöqtəni qoydu

22 Oktyabr 2018 23:05 (UTC+04:00)

Səudiyyə Ərəbistanına silah satılmayacaq.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikirləri Almaniya kansleri Angela Merkel deyib.

Onun sözlərinə görə, jurnalist Cemal Kaşıkçı olayı aydınlaşmayanadək Səudiyyə Ərəbistanına silah satılmayacaq.

Qeyd edək ki, Cemal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna daxil olub və oradan bir daha geri çıxmayıb. Deyilənə görə, o, konsulluqda vəhşicəsinə öldürülüb.

Babək Göyüş

© AzNews.az