Əfqanıstanda NATO hərbçisi öldürüldü

23 Oktyabr 2018 01:16 (UTC+04:00)

Bu barədə Əfqanıstandakı NATO birlikləri məlumat yayıb.

NATO hərbçilərinin Heratda Əfqanıstan təhlükəsizlik işçisi tərəfindən hücuma məruz qaldığı bildirilir. Hücum nəticəsində bir NATO əsgəri öldürülüb, ikisi yaralanıb. Ölən və yaralanan əsgərlərin adları açıqlanmır.

Yerli rəsmilər Heratın Şindənt mahalındakı hava limanında hücuma məruz qalan hərbçilərin amerikalı olduğunu iddia edib.

"Taliban" terror qruplaşması hücumun təşkilata bağlı təhlükəsizlik işçisi tərəfindən həyata keçirildiyini açıqlayıb.(teleqraf.com)

AzNews.az