İtalyanlar yeni prezident seçdilər

23 Oktyabr 2018 09:41 (UTC+04:00)

Aznews.az xəbər verir ki, federasiyanın yeni prezidenti Qbariele Qravina olub. O, bu posta yeganə namizəd idi. Qravina 97,2 faiz səs toplayıb.

65 yaşlı funksioner bu postda Karlo Tavekkionu əvəz edib. Tavekkio, İtaliya yığması DÇ-2018-in final mərhələsinə vəsiqə qazana bilməyəndən sonra istefaya getmişdi.

Qravina daha əvvəllər İtaliyanın C seriyasını təşkil edən “Lega Pro”ya rəhbərlik edib. O, bir müddət İtaliya Peşəkar Futbol Liqasının prezidenti də olub.

© AzNews.az