AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən axşam 18-ci Tenis turnirinin mükafatlandırma mərasimi keçirilib. Qaliblərin hər birinə mükafatı Hülya Avşar özü təqdim edib.
Mərasim boyu əhval ruhiyyəsi yaxşı olan aktrisaya müxbirlər “Çox xoşbəxt görünüsünüz, deyəsən aşiq olmusunuz?” - deyə sual veriblər. Aktirsa müxbirlərin sualını belə cavablandırıb: “Belə bir şey yoxdur, amma ola da bilər, bilmirəm. Əslində çox düzgün sualdır, insanın əhval-ruhiyyəsi yerindədirsə, gülürsə aşiq olduğu düşünülür. Mən sevgi hisslərimi çox qapalı yaşayıram”.
Nigar CƏFƏR
AzNews.az