“Toppuş bacı” anasından danışdı: “Dili olmadı ki, bir kəlmə desin...”

23 Oktyabr 2018 10:51 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında xərçəng xəstəliyindən əziyyət çəkən, əməkdar artist Tünzalə Əliyeva (“Toppuş bacı”) deyib.

Aktrisa anasının 40 mərasiminin həm Bakıda, həm də Gəncə şəhərində keçiriləcəyini vurğulayıb:

“Mərasimin harada keçiriləcəyi ilə bağlı elan verəcəyik. 40 mərasiminə az qalıb, hələ də anamın ölümünə inanmıram. Elə bilirəm harasa gedib, gələcək. Məni yandıran onun son sözlərini eşidə bilməməyimdir. Evə çatanda nəfəsi gedib-gəlirdi, amma dili olmadı ki, bir kəlmə danışsın. Gözü gözümə baxdı, bilmədim nə dedi. Anamın mənimlə bağlı çox arzuları vardı. Yəqin ki, həmin arzuların heç biri açılmayacaq”.

Bahar RÜSTƏMLİ
AzNews.az