Sürüşmə zonasında artım qeydə alınıb – Qərargah

23 Oktyabr 2018 10:52 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan AzNews.az-a verilən məlumata görə, bu gün saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə zonasında nisbi gərginlik qalmaqdadır.

Sürüşmə sahəsi üzərində xırda uçqun prosesləri davam edir. Sürüşmə sağ və sol hissəsində qeydə alınan çatların parametrlərində nisbi artım qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Səidə Nurməmmədli,

AzNews.az