Qəsəbələr susuz qalacaq

5 Aprel 2013 09:10 (UTC+04:00)



"Azərsu" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində elektrik paylayıcı şirkəti tərəfindən yüksək gərginlikli elektrik xətlərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar ərazidə yerləşən 4 saylı kanalizasiya-nasos stansiyasına elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Bununla bağlı bu ilin aprelin 5-də Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri və Binəqədi qəsəbələrinə, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinin bəzi yerlərinə içməli su müəyyən fasilələrlə veriləcək. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" abunəçilərdən üzr istəyir.


AzNews.az