İrandan açıqlama gəldi: “ABŞ-la danışmağa hazırıq”

23 Oktyabr 2018 11:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Yaponiyanın “Kyodo” informasiya agentliyinə danışıb.

O, İranın ABŞ-la müzakirəyə hazır olduğunu bildirərək, görüş üçün ilkin tələblərinin olmadığını, lakin qarşılıqlı hörmət gözlədiklərini vurğulayıb.

Zərif ABŞ-ın İrana qarşı noyabrın 5-dən etibarən qüvvəyə minəcək sanksiyalarından qabaq ciddi addımlar atılmasının lazımlığını qeyd edib.
İran xarici işlər naziri həmçinin bir sıra ölkələrin Tehranla iqtisadi münasibətlərini qoruduğunu və sanksiyaların öhdəsindən gələ biləcəklərini deyib.

Nurlan AĞA
AzNews.az