Bu şirkət 21 minə yaxın avtomobili geri çağırır - Ön təhlükəsizlik yastıqları...

23 Oktyabr 2018 11:32 (UTC+04:00)


"Mazda Motor" şirkəti Rusiyada 21 minə yaxın avtomobili geri çağırıb.

Qərar ön təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2002-ci ilin avqustundan 2008-ci ilin dekabrınadək Rusiyada satılmış "Mazda 6" modellərinə şamil olunur.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək. (Trend)

© AzNews.az