Ceyhun Bayramov Gürcüstan səfiri ilə görüşdü

23 Oktyabr 2018 11:58 (UTC+04:00)

Təhsil naziri Ceyhun Bayramov Gürcüstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb.

AzNews.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 22-də Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov Gürcüstan Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzeni qəbul edib.

Görüş zamanı Azərbaycan və Gürcüstan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səidə Nurməmmədli,

AzNews.az