"Qarabağ"a texniki məğlubiyyət verildi

23 Oktyabr 2018 14:07 (UTC+04:00)

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasda Topaz Premyer Liqasının VIII turunun “Qarabağ”-“Səbail” matçında “Qarabağ” klubunun heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak rtdiyi üçün Ağdam təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 8000 manat cərimə olunub.

Qeyd edək ki, Abbas Hüseynovun adı matçın iştirak ərizəsində olmadığı halda baş məşqçi Qurban Qurbanov “Qarabağ”-“Səbail” matçının onu ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana buraxıb.

Bu görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. (publika.az)

© AzNews.az