Ərdoğanın Baxçalıya cavabı gecikmədi: “Hər kəs öz yoluna!”

23 Oktyabr 2018 14:44 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan AK Partiyanın qrup toplantısındakı çıxışında iki partiyadan ittifaqda olmasının onların bütün mövzularda həmfikir olması kimi qəbul edilmədiyini deyib.

“AK Partiya və MHP iki müxtəlif partiyadır. Fərqli fikirləşdiyimiz mövzularda öz yolumuzu izləyəcəyik”, - deyə Ərdoğan bildirib.

O, MHP sədri Dövlət Baxçalının ittifaq istəməməsi iddiasına “hər kəs öz yoluna deyərik!” şəklində cavab verib.

Nurlan AĞA
AzNews.az