Məşhur şoumenin vəziyyəti ağırdır

23 Oktyabr 2018 15:01 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir neçə gün əvvəl evinin vanna otağına yıxılan Mehmet Ali Erbil xəstəxanaya yerləşdirilib və iki dəfə əməliyyat olunub. Hazırda xəstəxanada olan şoumenin vəziyyəti ağırdır. Bu barədə onun qızı Sezin Erbil məlumat verib. O deyib ki, atamın öz xəstəliyi də artdığı üçün vəziyyəti ağırdır, onun üçün dua edin.

Qeyd edək ki, şoumen uzun illərdir, “kaçış” sindromundan əziyyət çəkir. Bu, qan damarlarının çölünə su yığılması xəstəliyidir.

Nigar CƏFƏR

AzNews.az