Şeyxin qızı modelə evlilik təklifi edib - "Müsbət cavab vermədim"

23 Oktyabr 2018 16:06 (UTC+04:00)

Azərbaycanlı model Əli Hüseynov ərəb şeyxlərindən birinin qızından evlilik təklifi almasından danışıb.

Model bildirib ki, ərəb ölkələrində populyar olduğu üçün qadınların diqqətini çəkməyi bacarır:

"Ərəb şeyxinin qızından evlilik təklifi almışam. Xanım mənə mesaj bölməsində yazdı, evlənməyi təklif etdi. Fotolarım ərəb ölkələrində çox populyardır, sosial şəbəkədə tez-tez paylaşılır. Təklifə müsbət cavab vermədim. Azərbaycan qızlarını dünyanın heç bir yerindəki qızlara dəyişmərəm".

Qeyd edək ki, sosial şəbəkə fenomeni olan Ə.Hüseynov "Mister Azerbaijan 2017" müsabiqəsinin də qalibidir. (musavat.com)