Camal Qaşıkçının qətlini sifariş edən şəxsin adı açıqlandı

23 Oktyabr 2018 18:40 (UTC+04:00)

Jurnalist Camal Qaşıkçının qətlini sifariş edən şəxsin adı mediaya bəlli olub.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Sabah qəzeti hüquq-mühafizə orqanlarından alıb.

Məlumata görə həmin şəxs Səudiyyə Ərəbistanının varisinin müşaviri, ümumi kəşfiyyat xidmətinin başçısının müavini Əhməd Asiridir.

Mənbə bildirir ki, jurnalistin öldürülməsi haqda sifarişi Ər-Riyaddan Səudiyyə Ərəbistanının Baş konsulluğunun attaşesi Əhməd Adbulla Almuzaini alıb.

Qətlin həyata keçirildiyi gün Almuzaini konsulluqda olub.

Babək Göyüş

© AzNews.az