Həbsxanada çılpaq gəzməyə məcbur edilən qız intihar etdi

23 Oktyabr 2018 19:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, İngiltərədə maşın sürərkən 15 yaşlı yeniyetməni vuran 21 yaşlı qız həbs edilib.

Qıza 2 il həbs cəzası verilib. Yeniyetmə bir müddət sonra xəstəaxanada sağalıb. Keti Allan adlı qız isə həbsxanada olduğu 5-ci ayda intihar edib. Ailəsinin bildirdiyinə görə, Ketiyə həbsxanada psixoloji basqı olub. Hətta onu həbsxana işçiləri arasında çılpaq şəkildə gəzmyə məcbur ediblər. Btün bunlara dözməyən qız intihar edib.

Bu olaydan sonra İngiltərə mediası həbsxanadakı vəziyyətlə bağlı araşdırmaya başlayıb.

Malik LİFTİYEV
AzNews.az