Useyn Bolt Avstraliya klubuna “yox” dedi

23 Oktyabr 2018 20:28 (UTC+04:00)

Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt Avstraliyanın “Sentral Kost Mariners” klubundan ayrılacaq.

Avstraliya təmsilçisi idmançıya illik 150 min dollarlıq maaş təklif edib. Bolt isə 3 milyon dollar qazanmaq istəyir. Tərəflər bu məsələ ilə bağlı razılığa gələ bilməyiblər.

Qeyd edək ki, Useyn Bolt “Sentral Kost Mariners” klubunda baxışda olub. Yamaykalı idmançı yoxlama matçında iki qola imza atıb. Bolt daha öncə Maltanın "Valletta” klubunun da təklifini rədd edib.(report.az)

AzNews.az