Tovuzda yol qəzası - Sürücü gözünü xəstəxanada açdı

23 Oktyabr 2018 20:44 (UTC+04:00)

Hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

"Mercedes" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, 1992-ci il təvəllüdlü Rövşən Ramiz oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az