Paşinyan yeganə namizəd oldu

23 Oktyabr 2018 21:14 (UTC+04:00)

Bu barədə Ermənistan Milli Məclisinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Knyaz Saroyan məlumat verib.

Bu gün saat 17:00-da namizədliyin irəli sürülməsi üçün müddət başa çatıb.

Ermənistan qanunlarına görə, ölkə parlamentinin sədri Baş nazir vəzifəsinə namizədlik irəli sürüldükdən sonra xüsusi iclas təyin etməlidir.

Qeyd edək ki, N.Paşinyan oktyabrın 16-da Ermənistanın Baş naziri vəzifəsindən istefa vermişdi.(report.az)

AzNews.az