Ronaldo saatını göstərmək üçün dəridən-qabıqdan çıxdı - Fotolar

23 Oktyabr 2018 21:58 (UTC+04:00)

“Yuventus”un portuqaliyalı oyunçusu Kriştiano Ronaldo “Mançester Yunayted”lə qarşılaşmadan əvvəl keçirdiyi mətbuat konfransı ilə gündəm olub.

Ronaldo sponsoru olan markalardan birinin qol saatını nümayiş etdirməkdən ötrü dəridən-qabıqdan çıxıb.

Tez-tez qolunu fotokameralar önünə tutan Ronaldo su içərkən belə saatı nümayiş etdirməyi unutmayıb. 424 əyar ağ almazdan hazırlanmış saatın qiyməti 1,3 milyon dollardır (“Franck Muller”).(qafqazinfo.az)




AzNews.az