Rusiyada ən çox spirtli içkiləri bu şəhərdə içirlər

23 Oktyabr 2018 23:52 (UTC+04:00)

Rusiyada ən çox spirtli içkiləri qəbul edən şəhərin adı açıqlanıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumat "Zoom Market" marketinq agentliyi tərəfindən yayılıb.

Agentliyin hazırladığı sorğu nəticəsində 1-ci yerin qalibi Saratov olub.

2-ci yerdə Xantı-Mansiysk, 3-cü yerdə isə Perm qərarlaşıb. Sonrakı yerləri Saransk, Krasnoyarsk tutub. Rusiyanın meqapolisləri hesab edilən Moskva və Sankt-Peterburq ilk onluqda yer almayıblar.

Sorğuda 25 şəhərin 3000 sakini iştirak edib.

Babək Göyüş

© AzNews.az