“WhatsApp”dan daha bir yenilik gəlir

24 Oktyabr 2018 07:22 (UTC+04:00)

“WhatsApp” messencerində sifət və barmaq izlərinə görə istifadəçilərin tanınması imkanı əlavə ediləcək.

AzNews.az ICTnews-a istinadən xəbər verir ki, söhbət “WhatsApp” messencerinin “iOS” üçün versiyasından gedir.

“iPhone” istifadəçiləri “Touch ID” və ya “Face ID” texnologiyası üzrə messencerə giriş edə biləcəklər.

“WhatsApp” messencerinin bu yeni imkanı proqramın erkən sınaq alfa-versiyasında aşkar edilib.

AzNews.az