Ərdoğan qapalı iclas keçirdi

24 Oktyabr 2018 09:50 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan martda baş tutacaq seçkilərlə bağlı prezident aparatında AKP-nin sözçüsü Ömər Çəlik, sədr müavini Numan Qurtulmuş və yerli hakimiyyət orqanlarından məsul sədr müavini Mehmet Özhaseki ilə görüşüb.

Prezident axşam saatlarında mətbuata qapalı keçirdiyi iclasda AKP-nin 31 mart 2019-cu ildə keçiriləcək Bələdiyyə seçkiləri ilə bağlı işləri müzakirə edib.

Ərdoğanın MHP rəhbəri Dövlət Baxçalının patiyasının iclasında “ittifaq”la əlaqəli dediklərini dəyərləndirdiyi də öyrənilib.

Pərvanə AĞAZADƏ
AzNews.az