AzNews.az xəbər verir ki, tədbirin qonağı Rusiyanın aparıcı sənətşünaslarından biri Leonid Bajanovdur.
Rusiyalı ekspert, 60-80-ci illərin rus anderqraund mədəniyyətinin formalaşmasından, yeni cərəyanlardan, sosial realizmdən uzaqlaşma haqqında bəhs edəcək. 60-80-ci illərin sovet incəsənətinin daha bir özəl xüsusiyyəti, milli rəssamlıq məktəblərinin çiçəklənməsidir və bu məktəblərdən hər birinin özünəməxsus dəsti-xəttinin olmasıdır.
Leonid Bajanov rəssamlıq sənətini Boris Birqerin studiyasında öyrənib. 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin sənətşünaslıq bölməsini bitirib. Çoxsaylı məqalələrin müəllifi, Rusiyada və xaricdə keçirilmiş bir çox bədii sərgilərin, həmçinin Venesiya, San-Paulu, İstanbul, Qahirə, Nyu-Dehlidə beynəlxalq biennale və triennale tədbirlərində Rusiya layihələrinin kuratoru olub. Qısametrajlı filmlərin rejissoru və müəllifidir. "Ermitaj" bədii cəmiyyəti (Moskva, 1986), Müasir İncəsənət Mərkəzi (Moskva, 1990), Dövlət Müasir İncəsənət Mərkəzi (Rusiya, 1992), "Novoye iskusstvo" xeyriyyəçilik fondunun (Moskva, 2002) təsisçisi və rəhbəridir. 2017-ci ildən etibarən "Müasir incəsənət" proqramının akademik rəhbəri, "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universitetinin (Moskva) professorudur.
Tədbir rus dilində, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində keçiriləcək. Giriş sərbəstdir.
AzNews.az