“O sümüklərin Mikayıl Müşfiqə aid olduğunu bilmək üçün şairin yaxın qohumlarından birinin DNT-si ilə müqayisə olunmalıdır”.
Bu sözləri AzNews.az-a genetik Araz Zeyniyev söyləyib.
O bildirib ki, hər hansı bir insan qalığının kimə məxsus olduğunu bilməyin ən dəqiq yolu övladının DNT-si ilə müqayisə etməkdir: “Bildiyimiz kimi Mikayıl Müşfiqin övladı olmayıb. Ona görə də qohumlarından birinin və ya ata-anasının, babasının sümüklərindən alınmış nümunələri DNT analizindən keçirməklə müəyyən qənaətə gəlmək olar”.
Genetik daha sonra əlavə edib ki, DNT testi də heç zaman yüz faiz nəticə vermir: “Sümük nə qədər köhnədirsə və ya qohum nə qədər uzaqdırsa, testin dəqiqliyi də o qədər azalır. Əgər meyitlər kütləvi qəbiristanlıqda basıdırılıbsa, o zaman onların içindən Mikayıl Müşfiqin qalıqlarını aşkar etmək bir qədər də çətinləşdəcək. Çünki hər bir sümük ayrı-ayrılıqda analiz edilməlidir”.
Mirmehdi,
AzNews.az