Azərbaycanlı “nurçular” saxlanıldı-Sankt-Peterbruqda

5 Aprel 2013 11:05 (UTC+04:00)
Sankt-Peterburq şəhərində Rusiyada qadağan olunmuş "nurçular" cərəyanına xidmət edən bir neçə Azərbaycan vətəndaşı saxlanılıb. APA-nın Rusiya mediasına istinadən verdiyi məlumata görə, onlar Sankt-Peterburqda "ekstremist fəaliyyət" ittihamı ilə həbs olunmuş adı açıqlanmayan "nurçu"ya hüquqi yardım göstərmək üçün şəhərə gəlibmiş.

Xatırladaq ki, "nurçular" cərəyanı Rusiyada "ekstremist təşkilat" kimi tanınıb.

AzNews.az