Nazir: “Evlər tikilərkən ekspertizadan keçməlidir“

5 Aprel 2013 11:22 (UTC+04:00)


"Masazırda baş verən sürüşmə ilə əlaqədar nazirliyin geologiya xidmətinin xüsusi ekspedisiyası mütəmadi işlər aparır, hər həftə bülletenlər hazırlanır". Bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Onun sözlərinə görə, yalnız Masazırda deyil, ölkənin digər bölgələrində texnogen və antropogen səbəblərdən baş verən sürüşmə sahələri və təhlükəli ərazilər daima nəzarət altında saxlanılır. Nazir Masazırda təpənin, yüksəkliyin üstündə evlər yamaca qədər tikilib. Nazir həmçinin ərazidə kanalizasiya sisteminin də olmadığını deyib.

"Ərazidə vəziyyətin qarşısını ala biləcək tədbirlərin görülməməsi istənilən yerdə, xüsusilə yamacların kənarında evlərin tikilməsi belə hallara gətirib çıxarır. Bu da sürüşmələrin baş verməsində antropogen faktları genişləndirir. Bunların qarşını almaq üçün yerlərdə ev tikilən zaman mütləq ərazinin geoloji ekspertizadan keçirilməsi vacibdir. Bu gələcəkdə belə halların baş verməsinə səbəb olur".(anspress)

AzNews.az