AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 5 il əvvəl həyatını itirmiş Müslüm Gürsesin həyatından bəhs edən filminin təqdimatına müğənninin sevənləri, sənət dostları və həyat yoldaşı qatılıb. Filmin təqdimanına gələnləri Müslüm Gürsesin heykəli qarşılayıb. Mərhum müğənninin həyat yoldaşı onun heykəlini görəndə göz yaşlarına boğulub.
Qeyd edək ki, filmdə Müslüm Gürsesin uşaqlığını “O Ses Türkiye Çocuklar” yarışmasının qalibi Şahin Kendirci canlandırıb.
Nigar CƏFƏR,
AzNews.az