Məhəmməd Füzuli yaradıcılığı Belarus ədəbi portalında

25 Oktyabr 2018 16:28 (UTC+04:00)

Belarusun məşhur “Sozvuçie” ədəbi portalı Azərbaycan ədəbiyyatı intibahının görkəmli nümayəndəsi Məhəmməd Füzulinin şeirlərinə, eləcə də həyat və yaradıcılığı haqqında məlumata geniş yer ayırıb.

AzNews.azın xəbərinə görə, məlumat Azərbaycan Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində sayta yerləşdirilib.

Qeyd edək ki, “Sozvuçie” ədəbi portalı daha əvvəl Nizami Gəncəvi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi kimi dahi Azərbaycan şairlərinin həyat və yaradıcılığı haqqında geniş materiallara yer ayırmışdı.

AzNews.az