Ədalət Şükürov: "İstəsən sənçün konsertlər də verərəm..."
5 Aprel 2013 14:10 (UTC+04:00)
Tanınmış şoumen və aparıcı Kamran Həsənli efirdə əməkdar artist Ədalət Şükürovu toy müğənnisi adlandırdı. Publika.Az-ın məlumatına görə, sənətçi qarşı tərəfin fikirləri ilə razılaşmayıb:
"Mən lazım gələndə konsertlər də verirəm, tədbirlərə də qatılıram, toylara da gedirəm. Elə toya sən də gedirsən, mən də. Hər kəs bilir ki, Bakıda bütün elit toylara məni dəvət edirlər. Bu o demək deyil ki, mən yalnız toy müğənnisiyəm".
AzNews.az