Müstəntiq Gülər Əhmədovanı dindirmir - FAKT

5 Aprel 2013 14:13 (UTC+04:00)
Fevralın 13-də barəsində həbs qətimkan tədbiri seçilən keçmiş millət vəkili Gülər Əhmədova təcridxanada saxlandığı müddət ərzində hələ müstəntiq tərəfindən dindirilməyib. Bu barədə məlumatı AzNews.az-a G.Əhmədovanın vəkili Raqif Mustafayev deyib.

Vəkil bildirib ki, müstəntiq ancaq bir dəfə martın 9-da istintaq təcridxanasına gedib. Ancaq o zaman G. Əhmədovanın vəziyyəti pisləşdiyindən dindirilmə baş tutmayıb. O zamandan ötən bir aya yaxın müddət ərzində müstəntiq bir daha təcridxanaya getməyib. Səbəblərinə gəlincə isə, vəkil bu barədə heç nə söyləyə bilmir: "İstintaq öz taktikasını özü müəyyən edir".

Elnarə Əlosmanqızı
AzNews.az