12 saatlıq müharibə baş verdi - İsrail “dəmir qübbə”ni işə saldı - FOTOLAR

27 Oktyabr 2018 14:03 (UTC+04:00)

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qəzzə zolağının İsrail tərəfinə ard-arda raket atışı həyata keçirilib.

İsrail hava müdafiə sistemi olan dəmir qübbə işə düşüb.

İslami Cihad təşkilatı hücumu üstünə götürüb.

Tel-Əviv hökuməti də qarşılıqlı atəş edib. Gecə döyüşü 12 saat çəkib.

Bu gün günorta saatlarında isə İsrail və Fələstin tərəfləri Misir vasitəsilə atəşkəs elan ediblər.

Nurlan AĞA
AzNews.az