50 milyon dollarlıq reklam çarxı -VİDEO

5 Aprel 2013 15:05 (UTC+04:00)
Dünya ulduzu Beyonsun 50 milyon dollar müqabilində çəkildiyi növbəti reklam çarxı tamaşaçıların ixtiyarına verilib. ANS PRESS-in məlumatına görə, o, videoçarxda müxtəlif obrazlarda özü-özünü oynayır. Bu obrazlar müğənninin "Crazy in Love", "Bootylicious" və "Single Ladies" kliplərində gördüyümüz personajlardır.

Videoçarx internetə yükləndiyi 1 gün ərzində rekord sayda - 1 122 775 dəfə izlənib.

AzNews.az