Ziya Məmmədov Qubada vətəndaşları qəbul edəcək

5 Aprel 2013 15:21 (UTC+04:00)


Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, saat 1100-da Quba şəhərində keçiriləcək qəbulda Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarında yaşayan vətəndaşların nəqliyyat məsələləri ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 09-10 aprel tarixlərində nazirliyin rayonlar üzrə müvafiq strukturlarında aparılacaq.

Vətəndaşlardan xahiş olunur ki, əlavə məlumat almaq üçün nazirliyin yuxarıda adı çəkilən rayonlar üzrə müvafiq strukturlarına müraciət etsinlər.


AzNews.az