Rusiya Azərbaycana nota verməyib
5 Aprel 2013 20:31 (UTC+04:00)
"Rusiya Azərbaycana nota verməyib". Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya xarici işlər nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. O bildirib ki, Rusiyanın Azərbaycandakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyindən Heydər Əliyev Beynəlxalq Hava Limanında "Nezavisimaya qazeta"nın jurnalisti Milrad Fətullayevin saxlanılması ilə bağlı insidentə aydınlıq gətirilməsini xahiş edib: "Bu etiraz notası deyil".
Xatırladaq ki, M. Fətullayev martın 31-dən aprelin 1-nə keçən gecə Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb və deportasiya edilib.
AzNews.az