Kənddə orkestr yaratmaq istəyən musiqiçi haqqında film çəkildi

30 Oktyabr 2018 15:31 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Yasəmən Quliyevanın ssenarisi əsasında çəkilən film “Xalisin arzuları” adlanır.

Film musiqi məktəbində direktor çalışan Xalis müəllimin kəndlərində nəfəsli alətlər orkestri yaratmaq istəyindən bəhs edir. Sonu yaxşı bitməyən arzular filmdə öz əksini tapır. Baş rolu İqrar Salamov ifa edir.

Filmin rejissoru Tahir Tahiroviç, opertaoru Əminə Həsənli,montaj Habil Muğanlı, prodüser İqbal Məmmədəliyevdir.

AzNews.az