Bunu AzNews.az-a açıqlamasında rejissorun oğlu Kamal Almuradlı deyib.
Onun sözlərinə görə, Rövşən Almuradlı Sumqayıt teatrında 8 il fəaliyyət göstərib:
“6 tamaşaya quruluş verib. “Dəyirman”, “Bayramın birinci günü”, “Vəzifə”, “Oğru”, “Kimdir müqəssir”, “Bir saatlıq xəlifə”…Bundan başqa iki tamaşanın ikinci rejissoru, bir neçə tamaşada isə aktyor kimi oynayıb. Teatrda fəxrlərimiz guşəsində şəklinin asılmaması bir yana, heç tədbirə dəvət də etməyiblər”.
Qetd edək ki, Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi tamam olub. Bu məqsədlə oktyabrın 30-da Sumqayıt şəhərində böyük bir tədbir keçirilib.
Bahar RÜSTƏMLİ
AzNews.az