Paris aeroportunda iki təyyarə toqquşdu

1 Noyabr 2018 09:55 (UTC+04:00)

Parisin “Ruassi – Şarl de-Qoll” aeroportunda ABŞ-ın sərnişin təyyarəsinin qanadı Fransanın Air France şirkətinə məxsus olan Airbus A330 təyyarəsinə toxunub.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu informasiyanı Parisien nəşri yayıb.

Mənbə bildirir ki, insident zamanı Fransanın təyyarəsi Sent-Marten adasına uçuşa hazırlaşırmış.

Hadisə zamanı sərnişinlərdən heç kəs xəsarət almayıb.

Karibin kurort adasına nəzərdə tutulan reys isə növbəti günə dəyişdirilib.

Babək Göyüş

AzNews.az