71 yaşlı kişinin asılmış meyiti tapıldı - Bakıda

1 Noyabr 2018 10:27 (UTC+04:00)

Bakıda intihar olub.

Hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində qeydə alınıb. Qəsəbə sakini, 1947-ci il təvəllüdlü Rasim Məmməd oğlu Məmmədov üzüm talvarından özünü asıb.

Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır. (open.az)

© AzNews.az