12 il sonra banklar 80% azalacaq - Proqnoz

1 Noyabr 2018 12:34 (UTC+04:00)

"Gartner" tərəfindən verilən proqnozlara görə, yaxın 12 ildə hazırkı maliyyə qurumlarının 80 faizi müştərilərin dəyişən təbiəti və texnoloji proseslərin təsirilə disfunksional (funksiyasız, bir iş görməyən​) hala gələcək.

AzNews.az xəbər verir ki, məşhur tədqiqat və məsləhət şirkəti "Gartner"ın son proqnozları növbəti illərdə maliyyə sektorunda köklü dəyişiklər baş verəcəyini gözlər önünə gətirir.

"Gartner"in sədr müavini David Furlonger günümüzün maliyyə nəhəngləri olan bankların 20-ci əsrdəki iş və əməliyyat modellərini davam etdirməyə davam etmələri halında narahatlıqverici bir risklə qarşı-qarşıya olduqlarını qeyd edib.

Şirkətin hesabatına əsasən, qarşıdakı bir neçə il ərzində yaradılan maliyyə xidməti təchizatçıları, rəqəmsal platformalar yaradaraq və ya başqalarının platformalarında satış aparmaq üçün niş məhsullar və xidmətlər hazırlayaraq rəqəmsal iş dünyasında daha sürətli hərəkət etmək məcburiyyətində qalacaq.

Rəqəmsal transformasiya dünyanın bir çox yerində hər keçən gün sürətlənir. Bəzi ölkələrdə, mühafizəkar qanunlar hələ də innovasiyalara mane olur. Avstraliya, Braziliya, Çin, Hindistan və İngiltərə kimi ölkələr, dəyişikliyi sürətləndirmək üçün əllərindən gələni edir.

Nigar CƏFƏR

AzNews.az