Həkim bezi xəstənin qarnında unutdu - Gənc ana 2 ay sonra...

1 Noyabr 2018 14:51 (UTC+04:00)

Türk mətbuatına istinadən xəbər verir ki, qeysəriyyə üsulu ilə övladını dünyaya gətirən qadın 2 ay sonra dünyasını dəyişib.

Qadının ölümünə səbəb həkimin qadının bədənində unutduğu bezin iltihab yaratması olub.

Hadisə ilə bağlı həkim Ü.Ç və tibb bacısı H.C saxlanılıb. Onlar 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (yenicag.az)

© AzNews.az