Sərhədlər bağlanır?
6 Aprel 2013 15:59 (UTC+04:00)
Dünəndən etibarən İran-Azərbaycan sərhəddində gərgin vəziyyət yaranıb.
Hazırda Biləsuvar sərhəd-keçid mənqəsədində olan modern.az-ın əməkdaşınızın verdiyi məlumata görə, Azərbaycandan İrana getmək istəyən yüzlərlə soydaşımızı sərhəddən qonşu ölkəyə buraxmırlar. Nəticədə sərhəd-keçid mənqəsədində gərginlik yaşanır.
Saatlara sərhəddə qalan vətəndaşlar narazılıqlarını bildirirlər.
"Dünəndən etibarən Biləsuvar sərhəd-keçid mənqəsədindəyik. Burada 400-dən çox azərbaycanlı İrana keçmək üçün növbə gözləyir. Azərbaycanda nheç kimi İran tərəfinə buraxırlar. Hətta belə məlumatlar da var ki, Biləsurar sərhəd-keçid mənqəsi bağlanacaq"-deyə əməkdaşımız bildirib.
Biləsuvar Gömrük İdarəsindən isə faktla bağlı bildirilib ki, sərhəddə yaranmış sıxlıq İranda tətil müddətinin başa çatması ilə bağlıdır.
AzNews.az